141 Təbii sərvətlər - Dəyər

141 "Təbii sərvətlər- Dəyər" hesabında müəssisənin hasil etdiyi minerallar, kömür, neft, təbii qaz və sair analoji bərpaolunmayan təbii sərvətlərin kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı məsrəflər uçota alınır. Bu hesab təbii sərvətlərin hasilatı ilə məşğul olan müəssisələr tərəfindən istifadə edilir.

Təbii sərvətlərin uçotu və tanınma qaydası Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi. IFRS 6-da qeyd edilmişdir.

Tanınma zamanı kəşfiyyat və qiymətləndirmə aktivləri(məsrəflər) ilkin dəyəri ilə qiymətləndirilməlidir.

Aşağdakılar kəşfiyyat və qiymətləndirmə aktivlərinin ilkin ölçülməsinə daxil edilə biləcək xərclərə misaldır (lakin bunlarla məhdudlaşmır):

  • kəşfiyyat aparmaq üçün hüquqların əldə olunması;
  • topoqrafik, geoloji, geokimyəvi və geofiziki araşdırmalar;
  • tədqiqi burğulama əməliyyatları
  • qazma işləri;
  • bir bütövün seçilmiş hissələrinə görə öyrənilməsinə əsaslanan araşdırma fəaliyyətləri; və
  • təbii ehtiyatların çıxarılmasının texniki baxımdan mümkünlüyünün və kommersiya baxımından sərfəliliyinin qiymətləndirilməsi ilə əlaqədar fəaliyyətlər

Unutmamalıyıq ki, təbii ehtiyat yataqlarının işlənməsi ilə əlaqədar xərclər kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınmır.

Tanınmadan sonra müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərinə ya ilkin dəyər modelini, ya da yenidən qiymətləndirmə modelini tətbiq etməlidir.

Müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərini əldə olunmuş aktivlərin təbiətinə uyğun olaraq maddi və ya qeyri-maddi aktivlər kimi təsnifləşdirməli və bu təsnifatı bərabər şəkildə tətbiq etməlidir.

Kəşfiyyat və qiymətləndirmə aktivlərinin bəziləri qeyri-maddi aktivlər kimi (misal üçün, qazma işləri aparma hüquqları), digərləri isə maddi aktivlər kimi (məsələn, nəqliyyat vasitələri və buruqlar) uçota alınır.

Misal. Müəssisə neft-qaz yataqlarının kəşfiyyatı və hasılatı ilə məşğuldur. Dövlət orqanlarından aldığı icazəyə görə A və B sahələrində neft-qaz kəşfiyyat işləri ilə məşğul olabilər. Müəssisə iki sahəyə xüsusi maşınlar və avadanlıqlar, mütəxəssislər cəlb edir, qazma, topoqrafik, geoloji, geokimyəvi və geofiziki araşdırmalar aparır, burğulama və qazma işləri aparır. Və sonda, bu iki sahədən təbii ehtiyatların çıxarılmasının texniki baxımdan mümkünlüyünün və kommersiya baxımından sərfəliliyinin qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərdən rəy alır. Nəticədə, A sahəsində neftin çıxarılması texniki baxımdan mümkün və sərfəli olduğu müəyyən edilir, b sahəsindən isə texniki çəhətdən mümükün olmadığı müəyyən edilir. Bu əməliyyatları müxabirləşmələrdə göstərək:

N Əməliyyatın məzmunu Debet Kredit
1 A və B sahələrində aparılan kəşfiyyat və qiymətləndirmə işləri
1.1 Kəşfiyyat və qazma işlərinə 2 illik hüququn alınması 141 "Təbii sərvətlər - Dəyər" 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları"
1.2 Kəşfiyyat və qazma işlərinin podratçılar tərəfindən aparılması 141 "Təbii sərvətlər - Dəyər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
1.3 Kəşfiyyat və qazma işlərinin aparılması ilə bağlı silinən materiallar 141 "Təbii sərvətlər - Dəyər" 201 "Xammal və materiallar"
1.4 Kəşfiyyat və qazma işlərinin aparılması ilə bağlı işçilərə hesablanan əmək haqqı 141 "Təbii sərvətlər - Dəyər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
1.5 Kəşfiyyat və qazma işlərinin aparılması ilə bağlı işçilərə hesablanan sosial sığorta haqqı 141 "Təbii sərvətlər - Dəyər" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
1.6 A və B sahələrinin rentabelliyinin qiymətləndirilməsi 141 "Təbii sərvətlər - Dəyər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
2 A və B sahələrində aparılan kəşfiyyat və qiymətləndirmə işlərindən sonra
2.1 B sahəsində aparılan kəşfiyyat və qiymətləndirmə işlərinin dəyəri xərclərə silinir 202 "İstehsalat xərclər" 141 "Təbii sərvətlər - Dəyər"
3 A sahəsində aparılan kəşfiyyat və qiymətləndirmə işlərinin dəyəri amortizasiya olunur
3.1 A sahəsində aparılan kəşfiyyat və qiymətləndirmə işlərinin dəyərinin amortizasiyası 202 "İstehsalat xərclər" 142 "Təbii sərvətlər - Tükənməsi"


Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!