631 Maliyyə gəlirləri

631 N-li "Maliyyə gəlirləri" hesabı mal, iş və xidmət satışına aid olmayan, faizlər, dividendlər, mükafatlar və digər maliyyyə vasitələrindən əldə edilən gəlirlərin uçotu üçün nəzərdə tutulmuşdur. Maliyyə gəlirləri hesabına aşağıdakı sub-hesablar açıla bilər:

  • 631-1 Faiz gəliri
  • 631-2 Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri
  • 631-3 Maliyyə iсarəsi üzrə gəlir
  • 631-4 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
  • 631-5 Digər maliyyə gəlirləri
Hesablanmış maliyyə gəlirləri 631 N-li "Maliyyə gəlirləri" hesabın krediti üzrə və müvafiq hesabların debeti əks etdirilir.

Hesabat dövrünün sonunda 631 N-li "Maliyyə gəlirləri" hesabında yığılmış məbləğlər 801 N-li "Ümumi mənfəət (zərər)" hesaba silinir.

Misal.Müəssisə 10 ədəd, ədədi 1000$ məbləğində, illik faiz dərəcəsi 5% olan 5 illik istiqraz alıb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 10 ədəd 5 illik 5%-li 1000$-lıq istiqrazların alınması. USD/AZN məzənnəsi - 1.65 (10*1000*1.65) 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 16 500
2 İstiqrazlar üzrə illik faiz gəlirləri əks etdirilir USD/AZN məzənnəsi - 1.75 (10 000*5%*1.75) 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 631-1 "Faiz gəlirləri" 875


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!