603 Verilmiş güzəştlər603 "Verilmiş güzəştlər" hesabı müştərilərə satılan mallara(iş və xidmətlərə) görə verilən güzəştləri əks etdirmək üçün nəzərdə tutulub. Əgər müəssisə müştərilərinə və ya malalanlara təqdim olunmuş mallara (xidmətlərə) görə güzəştlər tətbiq edərsə, satışın tam məbləği "Satış" adlı 601 nömrəli hesabın kreditinə və debitor borclar hesabının debetinə, təqdim olunan güzəşt məbləği isə "Verilmiş güzəştlər" adlı 603 nömrəli hesabın debetinə və debitor borclar hesabının kreditinə yazılır. Hesabat dövrünün sonunda əsas əməliyyat gəlirinin müəyyən edilməsi üçün 603 "Verilmiş güzəştlər" hesabında toplanan məbləğlər 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir.
Misal.
Müəssisə parfumeriya mallarının satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 35 400 manat (ƏDV daxil) dəyərinə mallar satıb. Keçirilən kompaniyaya görə hər 1000 manatlıq məhsul alana 5% güzəşt verilir. Ay ərzində kompaniya çərçivəsində müştərilərə 1500 manatlıq güzəşt təqdim edilib.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!