535 İcarə üzrə qısamüddətli kreditor borclarıMaliyyə və ya əməliyyat icarəsi nəticəsində yaranan bütün qısamüddətli öhdəliklər 14 N-li "İcarə" Milli Mühasibat Uçotu Standartına əsasən "İcarə üzrə qısamüddətli kreditor borcları" adlı 535 nömrəli hesabda göstərilir. Maliyyə icarəsi – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər. Əməliyyat icarəsi – maliyyə icarəsi olmayan hər hansı digər icarə növüdür. 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabına aşağıdakı subhesablar açıla bilər:
535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" subhesabında uzunmüddətli maliyyə icarəsi üzrə hesablanan və 12 ay ərzində ödənilməli olan cari icarə öhdəliklər əks olunur. Bu subhesab, misal üçün, lizing müqaviləsi əsasında maliyyə icarəsinə götürülən avadanlıqlara görə icarə haqqlarını hesablamaq üçün istifadə edilir. 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" subhesabında əməliyyat icarəsi üzrə hesablanan və icarədarlara 12 ay ərzində ödənilməli olan icarə haqqları əks olunur. Bu subhesab icarəçilər tərəfindən istifadə edilir. 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabının krediti və müvafiq xərclər hesablarının debeti üzrə icarə haqqlarının hesablanması əks olunur. 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" hesabının debeti və pul hesablarının krediti üzrə icarə haqqlarının ödənilməsi əks olunur. Misal. Müəssisə 5 il müddətinə maliyyə icarəsi ilə 150 000 manat dəyərində avadanlıq alıb. İllik icarə haqqı 30 000 manat təşkil edir.
Misal. Müəssisə 1 il müddətinə əməliyyat icarəsi ilə anbar binasını icarəyə götürüb. İllik icarə haqqı 10 000 manat təşkil edir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-07-27 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!