244 Təhtəlhesab məbləğlərGələcəkdə alınacaq mallar və ya göstəriləcək xidmətlərə görə, habelə ezamiyyə xərcləri üçün müəssisə tərəfindən təhtəlhesab şəxslərə verilmiş pul vəsaitləri 244-cü "Təhtəlhesab məbləğlər" adlı hesabda uçota alınır. Müəssisənin işçilərinə təhtəlhesaba nağd pul vəsaitinin verilməsi qaydası müəssisənin uçot siyasətində nəzərdə tutulmuş kassa əməliyyatları qaydaları ilə nizamlanır. Təhtəlhesaba verilmiş məbləğ 244 "Təhtəlhesab məbləğlər" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların (əsasən 221 "Kassa" hesabının) kreditinə yazılır. Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 244 "Təhtəlhesab məbləğlər" hesabının kreditinə, məsrəfləri və əldə olunmuş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq digər hesabların debetinə yazılır. Təhtəlhesab şəxslər tərəfindən vaxtında qaytarılmayan təhtəlhesab məbləğlər 244 "Təhtəlhesab məbləğlər" hesabının kreditində və 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" (əgər onlar işçinin əmək haqqından tutula bilərsə) və ya 217 "Digər qısamüddətli debitor borcları" (əgər bu məbləğlər işçinin əmək haqqından tutula bilməzsə) hesabının debetində əks etdirilir. Təhtəlhesab şəxslərlə hesablaşmaların müxabirləşmələri aşağıdakı cədvəldə verilib
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!