192 Verilmiş uzunmüddətli avanslar192 "Verilmiş uzunmüddətli avanslar" hesabı bir ildən artıq müddətə tədarük olunacaq sərvətlər, yaxud yerinə yetiriləcək işlər və xidmətlər üçün verilən avanslar, həmçinin sifarişçilərdən qismən hazır olduqca qəbul edilən məhsulların, işlərin və xidmətlərin ödənilməsi uzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Verilən avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər 192 "Verilmiş uzunmüddətli avanslar" hesabının debetinə yazılmaqla, pul vəsaitlərini uçota alan hesabların krediti ilə müxabirələşdirilir. Verilmiş avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər işlər başa çatdırılan zaman 192 "Verilmiş uzunmüddətli avanslar" hesabının kreditinə və 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debetinə yazılmaqla müxabirələşdirilir. Misal. Müəssisə müqavilə şərtlərinə əsasən yeni proqram təminatının alınması və quraşdırılması üçün görüləcək işlərin 70%-ni və ya 82 600 manatı (ƏDV daxil) avans şəklində ödəyibdir. İşlər 2 il ərzində yekunlaşacaqdır. İşlər bitdikdən sonra müəssisə qalan 30%-ni və ya 35 400 manatı (ƏDV daxil) ödəyəcəkdir. Müqaviləyə görə işlərin 50% cari ildə təhvil veriləcəkdi, qalan hissəsi növbəti ildə.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!