174 İcarə üzrə uzunmüddətli debitor borcları174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabı icarədarlara uzunmüddətli icarə şərtləri ilə verilən əsas vəsaitlərə görə onlarla hesablaşmaların vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesab icarəyə verən müəssisələr tərəfindən istifadə olunur. Bu hesaba aşağıdakı subhesablar açmaq olar:
174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabının debetində və icarəyə verilən əmlakı uçota alan hesabların (111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər") kreditində əmlakın uzunmüddətli icarəyə verilməsi əks olunur. İcarə haqqının daxil olması pul vəsaitləri və hesablaşmaları uçota alan hesabların debetində və 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" hesabının kreditində əks etdirilir. Misal. A müəssisəsi B müəssisəsinə 100 000 dəyərində 3 il müddətinə maliyyə icarəsi müqaviləsi ilə avadanlıq verib. Müqaviləyə əsasən avadanlığın qiyməti 70 000 manatdır, faiz məbləği 30 000 manat təşkil edir. B müəssisəsi 3 il ərzində bərabər hissələr ilə bu borcu ödəməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!