214 İcarə üzrə qısamüddətli debitor borcları

214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabı icarədarlara qısamüddətli icarə şərtləri ilə verilən əsas vəsaitlərə görə onlarla hesablaşmaların vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesab icarəyə verən müəssisələr tərəfindən istifadə olunur.

Bu hesaba aşağıdakı subhesablar açmaq olar:

  • 214-1 Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları
  • 214-2 Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları

214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabının debetində və gəlirlər üzrə hesabın kreditində əəməliyyat icarəsi üzrə məbləğlər əks olunur.

İcarə haqqının daxil olması pul vəsaitləri və hesablaşmaları uçota alan hesabların debetində və 214 "İcarə üzrə qısamüddətli debitor borcları" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə ona məxsus anbar binasını başqa bir müəssisəyə icarəyə verir. İcarə haqqı aylıq 2500 manat təşkil edir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Ambarın icarəyə verilməsi və cari ayda icarə haqqının hesablanması 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 601-5 " Əməliyyat icarəsi üzrə gəlir" 2 500
6 İcarə haqqının ödənilməsi 223 "Bank hesablaşma hesabları" 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 2 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!